QR CodeQR Code

Koreya yarımadasında yeni müharibə TƏHLÜKƏSİ: 5 ssenari ilə...

9 Aug 2020 12:22

İslamTimes: Koreya yarımadasında yeni müharibənin mümkün ssenarisi açıqlanıb.


Axar.az xəbər verir ki, ABŞ şirkəti RAND-ın hərbi analitikləri Şimali Koreyanın Cənubi Koreyaya 5 ssenari əsasında hücum edə biləcəyini açıqlayıb.

Birinci, Şimali Koreyanın Cənubi Koreyanın böyük bir sənaye obyektinə "beş dəqiqəlik hücum" variantıdır.

İkinci ssenaridə silahsız zonada bir dəqiqəlik hücum, üçüncüsündə - bənzər hücumun Seulun mərkəzinə edilməsidir.

Dördüncü və beşinci ssenariyə görə, ikinci və üçüncü ssenarilərdə adı keçən ərazilərə daha uzunmüddətli - saatlıq hücumlar ola bilər.

Qeyd edək ki, analitiklər bütün variantlarda tərəflərin artilleriyasının təxmini sayını, hücum ərazilərində əhalinin sıxlığını da hesablayıblar.


Story Code: 879201

News Link :
https://www.islamtimes.org/az/news/879201/koreya-yarımadasında-yeni-müharibə-təhlükəsi-5-ssenari-ilə

Islam Times
  https://www.islamtimes.org