0
Sunday 9 August 2020 - 12:22

Koreya yarımadasında yeni müharibə TƏHLÜKƏSİ: 5 ssenari ilə...

Story Code : 879201
Koreya yarımadasında yeni müharibə TƏHLÜKƏSİ: 5 ssenari ilə...
Axar.az xəbər verir ki, ABŞ şirkəti RAND-ın hərbi analitikləri Şimali Koreyanın Cənubi Koreyaya 5 ssenari əsasında hücum edə biləcəyini açıqlayıb.

Birinci, Şimali Koreyanın Cənubi Koreyanın böyük bir sənaye obyektinə "beş dəqiqəlik hücum" variantıdır.

İkinci ssenaridə silahsız zonada bir dəqiqəlik hücum, üçüncüsündə - bənzər hücumun Seulun mərkəzinə edilməsidir.

Dördüncü və beşinci ssenariyə görə, ikinci və üçüncü ssenarilərdə adı keçən ərazilərə daha uzunmüddətli - saatlıq hücumlar ola bilər.

Qeyd edək ki, analitiklər bütün variantlarda tərəflərin artilleriyasının təxmini sayını, hücum ərazilərində əhalinin sıxlığını da hesablayıblar.