QR CodeQR Code

İşğalçı İsrail rejimi Qəzzanın ticarət qapısını bağladı

11 Aug 2020 12:46

İslamTimes: İşğalçı İsrail rejimi blokada altında saxladığı Qəzzanın yeganə ticarət qapısı olan Kərəm Əbu Səlim sərhəd-buraxılış məntəqəsini humanitar yardım və yanacaqdan başqa bütün ticarət girişlərinə bağlamaq barədə qərar verib.


Deyerler.org Euronews-a istinadən xəbər verir ki, Qəzzaya gediş-gəlişlərə nəzarət edən İsrail rejiminin Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Qoqat” bölməsi, sözügedən qərarını Qəzzadan raket və yandırıcı şarların atılmasına görə, verdiyini açıqlayıb.

İsrail rejiminin İctimai Yayım Agentliyinin (KAN) xəbərinə görə, İsrail rejiminin müdafiə naziri Benni Qantz Qəzzadan yandıcı şarların atılmasının davam etməsinə görə, Kərəm Əbu Səlim sərhəd-buraxılış məntəqəsinin ticarət mallarının girişinə bağlanmasını əmr edib.


Story Code: 879621

News Link :
https://www.islamtimes.org/az/news/879621/işğalçı-israil-rejimi-qəzzanın-ticarət-qapısını-bağladı

Islam Times
  https://www.islamtimes.org