QR CodeQR Code

İran əleyhinə qətnamənin təsdiqlənməməsi Vaşinqtonun nə qədər zəif olduğunu göstərdi

IslamTimes , 15 Aug 2020 22:54

İslamTimes: ABŞ senatoru ölkəsinin Təhlükəsizlik Şurasında İran əleyhinə qətnaməsinin rədd edilməsini Vaşinqton üçün rüsvayçılıq adlandırdı.


ABŞ-ın Konnektikut ştatından olan senator Kris Mörfi ölkəsinin BMT-nin Təhlükəsizlik Şurasına təqdim etdiyi İranla bağlı qətnamədən danışıb. Kris Mörfi bu qətnamənin qəbul edilməməsinin Vaşinqtonun nə qədər zəif olduğunu göstərdiyini bildirib.

Kris Mörfi Twitter hesabında ​​yazıb: "Bu, məğlubiyyət yox, rüsvayçılıq idi! Təhlükəsizlik Şurasının 15 üzvündən yalnız Dominikan Respublikası lehimizə səs verdi. Bu, ABŞ-ın nə qədər zəif olduğunu və Trampın İranla bağlı strategiyasının digər ölkələrin nəzərində nə qədər etibarsız olduğunu göstərir."

Qeyd edək ki, ABŞ-ın BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi İrana silah embarqosunun uzadılması ilə bağlı layihəyə cəmi iki müsbət səs verilib. 11 ölkə bitərəf qalıb, Çin və Rusiya isə bu layihəyə qarşı çıxıb. Layihənin lehinə səs verən iki ölkənin biri ABŞ-ın özü, dicəri Dominikan Respublikası olub.


Story Code: 880534

News Link :
https://www.islamtimes.org/az/news/880534/iran-əleyhinə-qətnamənin-təsdiqlənməməsi-vaşinqtonun-nə-qədər-zəif-olduğunu-göstərdi

Islam Times
  https://www.islamtimes.org