0
Saturday 15 August 2020 - 22:54

İran əleyhinə qətnamənin təsdiqlənməməsi Vaşinqtonun nə qədər zəif olduğunu göstərdi

Story Code : 880534
İran əleyhinə qətnamənin təsdiqlənməməsi Vaşinqtonun nə qədər zəif olduğunu göstərdi
ABŞ-ın Konnektikut ştatından olan senator Kris Mörfi ölkəsinin BMT-nin Təhlükəsizlik Şurasına təqdim etdiyi İranla bağlı qətnamədən danışıb. Kris Mörfi bu qətnamənin qəbul edilməməsinin Vaşinqtonun nə qədər zəif olduğunu göstərdiyini bildirib.

Kris Mörfi Twitter hesabında ​​yazıb: "Bu, məğlubiyyət yox, rüsvayçılıq idi! Təhlükəsizlik Şurasının 15 üzvündən yalnız Dominikan Respublikası lehimizə səs verdi. Bu, ABŞ-ın nə qədər zəif olduğunu və Trampın İranla bağlı strategiyasının digər ölkələrin nəzərində nə qədər etibarsız olduğunu göstərir."

Qeyd edək ki, ABŞ-ın BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi İrana silah embarqosunun uzadılması ilə bağlı layihəyə cəmi iki müsbət səs verilib. 11 ölkə bitərəf qalıb, Çin və Rusiya isə bu layihəyə qarşı çıxıb. Layihənin lehinə səs verən iki ölkənin biri ABŞ-ın özü, dicəri Dominikan Respublikası olub.
Source : IslamTimes