QR CodeQR Code

Co Baydenin Ərdoğanla bağlı fikirlərinə Türkiyənin partiya nümayəndələri sərt reaksiya verib

16 Aug 2020 06:16

İslamTimes: ABŞ lideri Donald Trampın prezident seçkilərində rəqibi olan Co Baydenin Türkiyə iqtidarı haqqında səsləndirdiyi qalmaqal yaradacaq fikirlərə Türkiyədən sərt təpki gəlib.


APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin iqtidar və müxalifət partiyalarının bir sıra tanınmış nümayəndələri “twıtter” səhifələrindən mesaj paylaşaraq, Co Baydenin fikirlərinə etiraz ediblər.

Qeyd edək ki, Co Bayden bu ilin yanvarında keçirilən bir toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə alaraq Türkiyənin müxalifət partiyalarını dəstəklədiyini deyib. Türkiyə ictimaiyyətində yeni yayılan Co Baydenin bu fikirləri arasında “parlamentə töhfə vermək istəyən kürdlərin inteqrasiyasına şərait yaratmalıyıq” ifadəsi də yer alıb.


Story Code: 880556

News Link :
https://www.islamtimes.org/az/news/880556/co-baydenin-ərdoğanla-bağlı-fikirlərinə-türkiyənin-partiya-nümayəndələri-sərt-reaksiya-verib

Islam Times
  https://www.islamtimes.org