QR CodeQR Code

Rusiya ilə bu ölkədə birgə işləyə bilərik - Türkiyə

18 Aug 2020 09:59

İslamTimes: Rusiya Liviyada vasitəçi olmaq istəyir, birlikdə işləyə bilərik.


Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalin "Əl-Cəzirə"yə müsahibəsində bildirib.

"Türkiyə Qətər və bəzi ölkələrlə birgə Liviyadakı qanuni hakimiyyətə dəstək olmaq üçün oradadır. Liviyanın parçalanmasına şiddətlə qarşı çıxırıq və hərbi müdaxilənin tərəfdarı deyilik", - o qeyd edib.

O bildirib ki, Türkiyənin Liviyada Misir və ya digər ölkələrlə qarşı-qarşıya gəlmək istəyi yoxdur:

"Ən böyük narahatlığımız isə Liviyada Rusiyanın "Vaqner" kimi təşkilatının muzdlu döyüşçülərinin olması, eyni zamanda BƏƏ-nin Haftarı dəstəkləmək üçün pulla tutduğu əsgərlərdir".


Story Code: 880971

News Link :
https://www.islamtimes.org/az/news/880971/rusiya-ilə-bu-ölkədə-birgə-işləyə-bilərik-türkiyə

Islam Times
  https://www.islamtimes.org