QR CodeQR Code

Mayk Pompeo işğal altındakı Fələstin torpaqlarına səfər edib

24 Aug 2020 11:03

İslamTimes: ABŞ Dövlət katibi Mayk Pompeo Yaxın Şərqə səfəri başlayıb.


APA-nın "Times of Israel"ə istinadən verdiyi xəbərə görə, Mayk Pompeo səfər çərçivəsində bu gün səhər işğal altındakı Fələstin torpaqlarına gəlib.

ABŞ Dövlət katibi bu gün işğalçı İsrailin Baş naziri Benyamin Netanyahu, Müdafiə naziri Benni Qantz, Xarici İşlər naziri Qabi Aşkenazi ilə görüşlər keçirəcək.

Görüşlərdə sionist rejimlə BƏƏ arasında, o cümlədən Ərəb ölkələri ilə əlaqlərin normallaşması istiqamətində və İrana qarşı beynəlxalq sanksiyaların bərpası istiqamətində səylər müzakirə olunacaq.

Regiona səfəri çərçivəsində Mayk Pompeonun Qətər, BƏƏ, Oman, Bəhreyn və Sudana səfəri gözlənilir.
 


Story Code: 882139

News Link :
https://www.islamtimes.org/az/news/882139/mayk-pompeo-işğal-altındakı-fələstin-torpaqlarına-səfər-edib

Islam Times
  https://www.islamtimes.org