QR CodeQR Code

Fransa da ABŞ-ın İrana qarşı tətik mexanizminin təsirsiz olduğunu bildirdi

IslamTimes , 25 Aug 2020 23:55

İslamTimes: Fransanın BMT TŞ-dakı nümayəndəsi Anna Gueguen Təhlükəsizlik Şurasının virtual iclasında çıxış edərkən “Avropa üçlüyü”nün (Fransa, Almaniya və Böyük Britaniya) ABŞ-ın tətik mexanizmini işə salması ilə bağlı mövqeyini bir daha xatırladıb.


Anna Gueguen deyib: "Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən, ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planı sazişinə üzv olan ölkələrdən sayılmır. Bu səbəbdən ABŞ-ın "tətik mexanizmi"nin işə salınması ilə bağlı bəyanatının heç bir təsiri yoxdur."

Fransanın BMT TŞ-dakı nümayəndəsi təkid edib ki, bir bəyanat "tətik mexanizmi"ni işə sala bilməz!

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya da ABŞ-ın ötən həftə elan etdiyi "tətik mexanizmi"nin fəal olunması bəyanatının Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olduğunu bildirib.

Çin də ABŞ-ın bəyanatının İrana qarşı sanksiyaların bərpa olunması anlamına gəlmədiyini bildirib.


Story Code: 882437

News Link :
https://www.islamtimes.org/az/news/882437/fransa-da-abş-ın-irana-qarşı-tətik-mexanizminin-təsirsiz-olduğunu-bildirdi

Islam Times
  https://www.islamtimes.org