QR CodeQR Code

Fransa İran və MAQATE arasındakı razılaşmanı alqışlayır

IslamTimes , 28 Aug 2020 10:52

İslamTimes: Fransa Xarici İşlər Nazirliyi İran və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında İrandakı iki məkana baxış keçirilməsi barədə razılaşmanı alqışlayıb.


Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir: "İranın MAQATE müfəttişlərinə öz ərazisindəki iki obyektə girişi təmin edən qərarı doğru yolda atılmış bir addımdır."

İran İslam Respublikası və MAQATE 26 avqustda MAQATE baş direktoru Rafael Qrossinin İrana iki günlük səfərindən sonra ortaq bəyanat verib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və İran İslam Respublikası əməkdaşlıqlarını daha da gücləndirmək və hazırda İran tərəfindən müvəqqəti olaraq icra edilən 16 yanvar 2016-cı il tarixli müqaviləni təkmilləşdirmək üçün razılığa gəliblər.

Qeyd edək ki, rəsmi Tehran bu addımla bir daha ABŞ-ın "İran nüvə silahı hazırlayır" iddialarının nə qədər yalan olduğunu sübuta yetirmiş olub.


Story Code: 882904

News Link :
https://www.islamtimes.org/az/news/882904/fransa-iran-və-maqate-arasındakı-razılaşmanı-alqışlayır

Islam Times
  https://www.islamtimes.org