QR CodeQR Code

İraq baş naziri imam Hüseyn (ə) əzadarlığında

IslamTimes , 30 Aug 2020 11:51

İslamTimes: Mustafa əl-Kazimi Aşura münasibətilə Əmmar əl-Həkimin evinə gələrək İmam Hüseynin (ə) əza məclisində iştirak edib.


Ötən gecə İraqın Baş naziri Mustafa əl-Kazimi Aşura münasibətilə Əmmar əl-Həkimin evinə gələrək İmam Hüseynin (ə) əza məclisində iştirak edib.

İraq prezidenti Bərhəm Salih də imam Hüseyn əza məclisi münasibətilə çıxışında İslam peyğəmbərinin (s) nəvəsini azadlığın, dinc həyatın, sülhün simvolu adlandırıb. İraq prezidenti bildirib ki, imam Hüseyn (ə) təkcə bir məzhəbə və ya dinə məxsus deyil, o bütün bəşəriyyət üçün nümunədir.

Bərhəm Salih əlavə edib ki, həzrət Hüseynin şüarları hələ də qüvvədədir və onun hətta düşmənlərinə qarşı insani davranışı bu gün də bir nümunə olaraq qəbul edilir.

Qeyd edək ki, dünyanın əksər ölkələrində Hüseyn (ə) aşiqləri maska taxaraq və sosial məsafə qaydalarına əməl edərək əzadarlıq məclisləri təşkil edib.


Story Code: 883242

News Link :
https://www.islamtimes.org/az/news/883242/iraq-baş-naziri-imam-hüseyn-ə-əzadarlığında

Islam Times
  https://www.islamtimes.org