QR CodeQR Code

Trampdan Navalnının zəhərlənməsi ilə bağlı etiraf

IslamTimes , 6 Sep 2020 00:36

İslamTimes: Son günlərdə bir neçə Avropa ölkəsi və ABŞ-ın Rusiyaya qarşı təzyiqləri Trampın etirafı ilə alt-üst olub.


Prezident Donald Tramp Vaşinqtonun rusiyalı müxalifətçi Aleksey Navalnının zəhərlənməsi məsələsinə daha ciddi yanaşmalı olduğunu və ABŞ-ın hələ də zəhərlənmə ilə bağlı hansısa sübut əldə edə bilmədiyini etiraf edib.

Beləliklə, Tramp ABŞ Dövlət Departamentinin Navalnının zəhərlənməsi ilə bağlı mövqeyinə görə təəssüf etdiyini bildirib, özünü bu məsələdə geri çəkərək ehtiyatla davranmağa üstünlük verib.

Üç il öncə İngiltərə də Rusiyada casusluq edən Sergey Skripalın öldürülməsi ilə bağlı oxşar iddia irəli sürmüşdü. İngiltərə Moskvada Sergey Skripalı zəhərləmək üçün eyni kimyəvi maddədən istifadə edildiyini iddia etmişdi.
 


Story Code: 884550

News Link :
https://www.islamtimes.org/az/news/884550/trampdan-navalnının-zəhərlənməsi-ilə-bağlı-etiraf

Islam Times
  https://www.islamtimes.org