0
Sunday 6 September 2020 - 00:36

Trampdan Navalnının zəhərlənməsi ilə bağlı etiraf

Story Code : 884550
Trampdan Navalnının zəhərlənməsi ilə bağlı etiraf
Prezident Donald Tramp Vaşinqtonun rusiyalı müxalifətçi Aleksey Navalnının zəhərlənməsi məsələsinə daha ciddi yanaşmalı olduğunu və ABŞ-ın hələ də zəhərlənmə ilə bağlı hansısa sübut əldə edə bilmədiyini etiraf edib.

Beləliklə, Tramp ABŞ Dövlət Departamentinin Navalnının zəhərlənməsi ilə bağlı mövqeyinə görə təəssüf etdiyini bildirib, özünü bu məsələdə geri çəkərək ehtiyatla davranmağa üstünlük verib.

Üç il öncə İngiltərə də Rusiyada casusluq edən Sergey Skripalın öldürülməsi ilə bağlı oxşar iddia irəli sürmüşdü. İngiltərə Moskvada Sergey Skripalı zəhərləmək üçün eyni kimyəvi maddədən istifadə edildiyini iddia etmişdi.
 
Source : IslamTimes