QR CodeQR Code

Küveyt İsrail rejiminin təyyarələrinə icazə vermədi

9 Sep 2020 09:06

İslamTimes: Küveyt rəhbərliyi Birləşmiş Ərəb Əmirliklərinə gedən İsrail rejiminin sərnişin təyyarəsinin ölkənin hava məkanından istifadə etməsinə icazə verməyib.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, İsrail rejimi ilə BƏƏ arasındakı razılaşmadan sonra iki ölkə arasında ticarət uçuşları başlayıb.

Quds Press-in verdiyi xəbərə görə, Küveyt rəhbərliyi BƏƏ-yə gedən İsrail rejiminin sərnişin təyyarəsinin ölkənin hava məkanından istifadə etməsinə icazə verməyib.

Küveytdə nəşr olunan Əl-Qabas qəzetinə danışan hökumət mənbələri, təyyarənin başqa bir ölkənin hava məkanından istifadə etdiyi barədə məlumat paylaşıb və təyin olunan marşrutun Küveytdən çox uzaq olduğunu qeyd edib.

Digər tərəfdən, qəzet Küveytin İsrail rejiminin təyyarəsinə hava məkanını açması ilə bağlı mətbuatda səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Əl-Qabas qəzeti bu həftənin əvvəlində Küveytin İsrail rejimi ilə münasibətləri normallaşdıran sonuncu ölkə olacağını yazmışdı.


Story Code: 885160

News Link :
https://www.islamtimes.org/az/news/885160/küveyt-israil-rejiminin-təyyarələrinə-icazə-vermədi

Islam Times
  https://www.islamtimes.org