QR CodeQR Code

Aleksey Navalnı danışmağa başlayıb

10 Sep 2020 11:36

İslamTimes: Almaniya polisi Rusiya müxalifətinin lideri, Korrupsiya ilə Mübarizə Fondunun (KMF) sədri Aleksey Navalnının mühafizəsini gücləndirib.


“Report” xəbər verir ki, bunu Almaniyanın “Der Spigel” qəzeti yazıb.

Həkimlər isə onun səhhətinin yaxşılaşdığını bildiriblər. Onların sözlərinə görə, koma vəziyyətindən çıxan A.Navalnı artıq danışmağa başlayıb.

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib.

O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.


Story Code: 885418

News Link :
https://www.islamtimes.org/az/news/885418/aleksey-navalnı-danışmağa-başlayıb

Islam Times
  https://www.islamtimes.org