0
Thursday 10 September 2020 - 11:36

Aleksey Navalnı danışmağa başlayıb

Story Code : 885418
Aleksey Navalnı danışmağa başlayıb
“Report” xəbər verir ki, bunu Almaniyanın “Der Spigel” qəzeti yazıb.

Həkimlər isə onun səhhətinin yaxşılaşdığını bildiriblər. Onların sözlərinə görə, koma vəziyyətindən çıxan A.Navalnı artıq danışmağa başlayıb.

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib.

O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.