QR CodeQR Code

Çin: ABŞ dünya sülhü üçün bir təhlükədir!

IslamTimes , 13 Sep 2020 15:07

İslamTimes: Çin MN-nin sözçüsü Vu Qian Pentaqonun Çinin hərbi qüdrətinin artması ilə bağlı hesabatını kəskin şəkildə tənqid edib


"Deutsche Welle" informasiya agentliyinin verdiyi məlumata görə, Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian bu gün verdiyi açıqlamada ABŞ-ın beynəlxalq sülh üçün ən böyük təhdid olduğunu söyləyib.

Sözçü Pentaqonun hesabatını Çinin hərbi siyasətinin "qəsdən təhrif edilməsi" adlandırıb və bunu Çin ordusuna qarşı "iftira" adlandırıb.

Açıqlamada deyilir: "Uzun illərdir hər kəs aydın şəkildə görür ki, regionda, dünyada qarışıqlıq yaradan ölkə elə ABŞ-ın özüdür. Dəlillər ortadır!"

Çin Müdafiə Nazirliyinin sözçüsü əlavə edib: "ABŞ-ın İraq, Suriya, Liviya və digər ölkələrdəki əməliyyatları son 20 ildə 800 mindən çox insanın ölümünə və milyonlarla insanın evsiz-eşiksiz qalmasına səbəb olub!" 


Story Code: 886003

News Link :
https://www.islamtimes.org/az/news/886003/çin-abş-dünya-sülhü-üçün-bir-təhlükədir

Islam Times
  https://www.islamtimes.org