QR CodeQR Code

Elise: Makron Livana təzyiq göstərməyə davam edir!

IslamTimes , 14 Sep 2020 16:09

İslamTimes: Elise sarayı rəsmisi Makronun bu həftə Livanda dövlətin təşkil edilməsi üçün bu ölkə siyasətçilərinə təzyiq göstərdiyini bildirib.


Elise sarayından bazar günü axşam bildirib ki, Fransa Prezidenti Emanuel Makron Livan siyasətçilərinə dövlətin təşkili ilə bağlı təzyiq göstərir.

Reuters-in məlumatına görə, Livan siyasi liderləri 1 sentyabrda Makronun Livana səfəri zamanı ona söz veriblər ki, iki həftə ərzində partiya mənsubiyyəti olmadan texnokrat hökumət qurulacaq.

Adının açıqlanmasını istəməyən bir səlahiyyətli deyib ki, yeni dövlətin formalaşdırılması məsuliyyətini üzərinə götürən Mustafa Ədib bazar ertəsi günü planını prezident Mişel Auna təqdim etməlidir.

Ötən həftə Livana səfər edən Makron Livan rəsmilərinə oktyabr ayının sonuna qədər islahat proqramına başlamaq üçün vaxt verib.

Fransa prezidenti, Parisin nəzərdə tutduğu islahatların icrasında ləngimə olacağı halda ölkəsinin Livan siyasətçilərinə qarşı sanksiyalar tətbiq edəcəyi ilə bağlı hədə-qorxu gəlib.


Story Code: 886188

News Link :
https://www.islamtimes.org/az/news/886188/elise-makron-livana-təzyiq-göstərməyə-davam-edir

Islam Times
  https://www.islamtimes.org