0
Monday 14 September 2020 - 16:09

Elise: Makron Livana təzyiq göstərməyə davam edir!

Story Code : 886188
Elise: Makron Livana təzyiq göstərməyə davam edir!
Elise sarayından bazar günü axşam bildirib ki, Fransa Prezidenti Emanuel Makron Livan siyasətçilərinə dövlətin təşkili ilə bağlı təzyiq göstərir.

Reuters-in məlumatına görə, Livan siyasi liderləri 1 sentyabrda Makronun Livana səfəri zamanı ona söz veriblər ki, iki həftə ərzində partiya mənsubiyyəti olmadan texnokrat hökumət qurulacaq.

Adının açıqlanmasını istəməyən bir səlahiyyətli deyib ki, yeni dövlətin formalaşdırılması məsuliyyətini üzərinə götürən Mustafa Ədib bazar ertəsi günü planını prezident Mişel Auna təqdim etməlidir.

Ötən həftə Livana səfər edən Makron Livan rəsmilərinə oktyabr ayının sonuna qədər islahat proqramına başlamaq üçün vaxt verib.

Fransa prezidenti, Parisin nəzərdə tutduğu islahatların icrasında ləngimə olacağı halda ölkəsinin Livan siyasətçilərinə qarşı sanksiyalar tətbiq edəcəyi ilə bağlı hədə-qorxu gəlib.
Source : IslamTimes