QR CodeQR Code

Livanın cənubunda qarşıdurma

1 Aug 2011 14:20

IslamTimes - Livan təhlükəsizlik qüvvələrinə bağlı mənbə Livanın cənubunda bu ölkə sərhədçiləri ilə işğalçı İrsail rejiminin hərbiçiləri arasında qarşıdurma yarandığını bildirib


"IslamTimes"-ın verdiyi məlumata əsasən, Liviyanın təhlükəsizlik qüvvələrinə bağlı bir mənbə xəbər verib ki, İsrail hərbi qüvvələri təhrik edici bir əməliyyatda Livanın hərbi bazasına atəş açmışdır.

Mənbənin verdiyi xəbərə əsasən, Livan sərhədçiləri işğalçı rejimin bu addımına reaksiya olaraq cavab atəşi açıb. Atışma nəticəsində Liviya hərbiçilərindən biri yaralanmışdır.

Hələ ki, itkilər barədə dəqiq məlumat əldə edilməyib.

2006-cı ildə İsrail ordusunun Liviya torpaqlarına 33 günlük təcavüzündən sonra 1701 nömrəli qətnamədə İsrail rejimindən Livan torpaqlarının bütövlüyünə hörmətlə yanaşması tələb edildi. Amma bu rejim hələ də Livan sərhədlərini qurudan və havadan pozmaqda davam edir.


Story Code: 88660

News Link :
https://www.islamtimes.org/az/news/88660/livanın-cənubunda-qarşıdurma

Islam Times
  https://www.islamtimes.org