QR CodeQR Code

Wall Street Journal: Səudiyyə Kralı və vəliəhd İsrail üzündən mübahisə edib 

IslamTimes , 19 Sep 2020 15:38

İslamTimes: Səudiyyə Ərəbistanı kralı ilə vəliəhd şahzadə arasında sionist rejimlə münasibətlərin normallaşdırılması ilə bağlı mübahisə yaranıb


ABŞ-ın "Wall Street Journal" qəzeti yazıb ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman arasında işğalçı İsrail ilə münasibətlərin normallaşdırılması ilə bağlı ciddi gərginlik yaranıb.

Məlumata görə, kral Salman sionist rejimlə münasibətlərin normallaşdırılmasını qətiyyətlə rədd edir, lakin oğlu Məhəmməd bin Salman Əbu Dabi (Birləşmiş Ərəb Əmirliyi) və Manamaya (Bəhreyn) qoşularaq Təl-Əvivlə münasibətləri normallaşdırmaq ardıncadır.

Wall Street Journal iddia edib ki, kral Salman Fələstin məsələsinə sadiqdir və özünü həmişə Fələstinin səfiri hesab edir.


Story Code: 887192

News Link :
https://www.islamtimes.org/az/news/887192/wall-street-journal-səudiyyə-kralı-və-vəliəhd-israil-üzündən-mübahisə-edib

Islam Times
  https://www.islamtimes.org