QR CodeQR Code

Kolumbiyada kütlə atəşə tutulub, 5 nəfər yerindəcə ölüb

21 Sep 2020 07:19

İslamTimes: Kolumbiyanın qərbində naməlum cinayətkar qruplaşmanın üzvləri tərəfindən 5 nəfər öldürülüb.


APA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı yerli “La FM” radiosu yayıb. 

Hadisə Kauka departamentinin Buenos-Ayres bələdiyyəsində baş verib. 

Naməlum şəxslər insanların sıx toplaşdığı xoruz döyüşü keçirilən əraziyə əvvəlcə əl qumbarası atıblar, sonra isə kütləni atəşə tutublar. 

İlkin məlumata görə, azı 5 nəfər yerindəcə ölüb.

Həmin ərazidə cinayətkar qruplaşmaların fəal olduğu bildirilir. 

Hadisə ilə bağlı istintaq başladılıb.


Story Code: 887502

News Link :
https://www.islamtimes.org/az/news/887502/kolumbiyada-kütlə-atəşə-tutulub-5-nəfər-yerindəcə-ölüb

Islam Times
  https://www.islamtimes.org