QR CodeQR Code

Əlcəzair İsraillə əlaqələri bərpa etməyəcək

21 Sep 2020 07:45

İslamTimes: Əlcəzair İsrail rejimi ilə münasibətləri normallaşdırmaq yarışına qatılmayacağını və bu prosesi alqışlamadığını açıqlayıb.


Bunu ötən gün Əlcəzair Prezidenti Əbdülməcid Təbbun milli televiziya efirində açıqlayıb.   

"(İsrail ilə münasibətləri) normallaşdırmaq üçün yarışa qatılmayacağıq və xeyir-dua vermirik", - deyə Əlcəzair Prezidenti bildirib.   

"Fələstin məsələsi bizim üçün və Əlcəzair xalqı üçün müqəddəsdir. Bu, Yaxın Şərqin açarıdır. Fələstin məsələsində Əlcəzairin mövqeyi qəti olaraq qalacaq”, -deyə Ə.Təbbun qeyd edib.   

Xatırladaq ki, sentyabrın 15-də BƏƏ və Bəhreyn İsrail rejimi ilə əlaqələri normallaşdırmaq üçün müqavilələr imzalayıblar. Bu sənədlərin imzalanması Ağ Evdə keçirilib. /EastNews/


Story Code: 887504

News Link :
https://www.islamtimes.org/az/news/887504/əlcəzair-israillə-əlaqələri-bərpa-etməyəcək

Islam Times
  https://www.islamtimes.org