0
Monday 21 September 2020 - 07:45

Əlcəzair İsraillə əlaqələri bərpa etməyəcək

Story Code : 887504
Əlcəzair İsraillə əlaqələri bərpa etməyəcək
Bunu ötən gün Əlcəzair Prezidenti Əbdülməcid Təbbun milli televiziya efirində açıqlayıb.   

"(İsrail ilə münasibətləri) normallaşdırmaq üçün yarışa qatılmayacağıq və xeyir-dua vermirik", - deyə Əlcəzair Prezidenti bildirib.   

"Fələstin məsələsi bizim üçün və Əlcəzair xalqı üçün müqəddəsdir. Bu, Yaxın Şərqin açarıdır. Fələstin məsələsində Əlcəzairin mövqeyi qəti olaraq qalacaq”, -deyə Ə.Təbbun qeyd edib.   

Xatırladaq ki, sentyabrın 15-də BƏƏ və Bəhreyn İsrail rejimi ilə əlaqələri normallaşdırmaq üçün müqavilələr imzalayıblar. Bu sənədlərin imzalanması Ağ Evdə keçirilib. /EastNews/