QR CodeQR Code

Ukraynada təyyarə qəzası nəticəsində ölənlərin sayı 25-ə çatıb

26 Sep 2020 07:56

Ukraynada baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.


APA "RİA Novosti"yə istinadən xəbər verir ki bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin son məlumatında qeyd olunub.

Məlumata görə, təyyarənin göyərtəsində 27 nəfər olub. İnsident nəticəsində onlardan 25 nəfəri dünyasını dəyişib.

Xarkov vilayəti yaxınlığında göyərtəsində kursantların olduğu hərbi təyyarənin qəzaya uğramasından sonra Baş Prokurorluq tərəfindən “uçuş qaydalarının və ona hazırlığın pozulması” maddəsi ilə cinayət işi başlanılıb.

“Bu dəqiqəyə olan məlumata görə, aviaqəza zamanı 25 nəfər ölüb, 2 yaralı ağır vəziyyətdə tibb müəssisələrinə aparılıb, qalanlarının axtarışı davam edir”, - deyə Baş Prokurorluqdan yayılan məlumatda qeyd olunub.


Story Code: 888460

News Link :
https://www.islamtimes.org/az/news/888460/ukraynada-təyyarə-qəzası-nəticəsində-ölənlərin-sayı-25-ə-çatıb

Islam Times
  https://www.islamtimes.org