QR CodeQR Code

İran Tacikistan səfirini Tehranda XİN-ə çağırıb

26 Sep 2020 11:57

İslamTimes: İran Tacikistanın Tehrandakı səfirini XİN-ə çağırıb.


SalamNews İRNA-a istinadla xəbər verir ki, İran hökuməti Tacikistanın Tehrandakı səfirini ötən gün XİN-ə çağırıb.

Məlumata görə Tacikistan dövlət televiziya kanalında yayımlanan serialda İranla bağlı iddiaların və “yalanların” verilməsi rəsmi Tehranın etirazına səbəb olub.

Tacikistan səfiri İranın etirazını Düşənbəyə çatdıracağını bildirib.

Qeyd edək ki, İran son həftədə eyni məsələyə görə ikinci dəfədir Tacikistan səfirini XİN-ə çağırır.


Story Code: 888517

News Link :
https://www.islamtimes.org/az/news/888517/iran-tacikistan-səfirini-tehranda-xin-ə-çağırıb

Islam Times
  https://www.islamtimes.org