0
Saturday 26 September 2020 - 11:57

İran Tacikistan səfirini Tehranda XİN-ə çağırıb

Story Code : 888517
İran Tacikistan səfirini Tehranda XİN-ə çağırıb
SalamNews İRNA-a istinadla xəbər verir ki, İran hökuməti Tacikistanın Tehrandakı səfirini ötən gün XİN-ə çağırıb.

Məlumata görə Tacikistan dövlət televiziya kanalında yayımlanan serialda İranla bağlı iddiaların və “yalanların” verilməsi rəsmi Tehranın etirazına səbəb olub.

Tacikistan səfiri İranın etirazını Düşənbəyə çatdıracağını bildirib.

Qeyd edək ki, İran son həftədə eyni məsələyə görə ikinci dəfədir Tacikistan səfirini XİN-ə çağırır.