QR CodeQR Code

Liviyanın Misrate şəhərində 30 nəfər qətlə yetirilib

2 Aug 2011 11:09

IslamTimes - Seyful-İslam Qəzzafi bildirib ki, hətta NATO öz hücumlarını dayandıracağı şəraitdə biz inqilabçılarla mübarizəni davam etdirəcəyik.


"IslamTimes"-ın verdiyi xəbərə əsasən, Misrate şəhərində inqilabçılarla Müəmmər Qəzzafiyə bağlı müzdurlar arasında qarşıdurma zamanı 30 inqilabçı həlak olub, 130 nəfər isə yaralanıb.

Bundan əlavə Trablos şəhərinin 160 km-liyində yerləşən Zlitan şəhərində olan inqilabçılar Misratedəki inqilabçılara himayə olaraq şəhərin mərkəzinə qədər irəliləyiblər.

Müəmmər Qəzzafi isə çıxışı zamanı NATO və inqilabçı qüvvələrə hədə-qorxu gəlib. Onun oğlu Seyful-İslam Qəzzafi isə bildirib ki, hətta NATO öz hücumlarını dayandıracağı şəraitdə biz inqilabçılarla mübarizəni davam etdirəcəyik.


Story Code: 88862

News Link :
https://www.islamtimes.org/az/news/88862/liviyanın-misrate-şəhərində-30-nəfər-qətlə-yetirilib

Islam Times
  https://www.islamtimes.org