QR CodeQR Code

Pompeo Çini ABŞ üçün əsas xarici təhlükə adlandırıb

28 Sep 2020 11:00

İslamTimes: “Çin orta və uzunmüddətli perspektivdə ABŞ üçün əsas xarici təhlükədir”.


APA xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo “Fox News”a verdiyi müsahibədə deyib.

“Orta və uzunmüddətli perspektivdə ABŞ-ın üzləşdiyi ən böyük xarici təhlükə bu gün Çindəki rejim tərəfindən ortaya qoyulan təhlükədir, bu, Si Çinpinin rəhbərlik etdiyi Çin Kommunist Partiyasıdır”, - deyə Pompeo bildirib.

Xatırladaq ki, sentyabrın əvvəllərində “Fox News” telekanalının efirində Pompeo ABŞ üçün Çinin Rusiyadan daha çox təhlükə yaratdığını qeyd etmişdi.

 


Story Code: 888861

News Link :
https://www.islamtimes.org/az/news/888861/pompeo-çini-abş-üçün-əsas-xarici-təhlükə-adlandırıb

Islam Times
  https://www.islamtimes.org