QR CodeQR Code

Həsən Ruhani: Azərbaycan qardaşımızdır, Ermənistan isə qonşumuz

7 Oct 2020 12:32

İslamTimes: İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Nazirlər Kabineti iclasında cəbəhdə baş verən hadisələrə münasibət bildirib.


O qeyd edib ki, İran İslam Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır və dəstəkləyir: "Azərbaycan bizim qardaşımızdır, Ermənistan isə qonşumuz".

Ruhani əlavə edib: "Azərbaycan Respublikası xalqının hüquqlarını və bu ölkənin ərazi bütövlüyünü tanıyırıq."

Həsən Ruhani də digər İran dövlət rəsmiləri kimi Azərbaycanın işğal altındakı torpaqlarının geri qaytarılmalı olduğunu bildirib. Prezident qeyd edib ki, bu prosesinin danışıqlar yolu ilə gerçəkləşməsi günahsız insanların həyatını itirməsinə mane ola bilər.


Story Code: 890664

News Link :
https://www.islamtimes.org/az/news/890664/həsən-ruhani-azərbaycan-qardaşımızdır-ermənistan-isə-qonşumuz

Islam Times
  https://www.islamtimes.org