QR CodeQR Code

İran və Çin ABŞ sanksiyalarının şiddətlənməsi fonunda strateji danışıqlara başlayıblar

10 Oct 2020 10:13

İslamTimes: İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifin Çinə səfəri ABŞ-ın sanksiyaları fonunda həyata keçirilir və Pekinlə Tehran arasında dayanıqlı strateji əlaqələrin qurulması üçün mühüm addım hesab edilir.


SalamNews İran mətbuatına istinadla xəbər verir ki, Məhəmməd Cavad Zərif ötən gündən başlayaraq Çin səfərinə start verib.

Məhəmməd Cavad Zərifi bu səfərdə böyük nümayəndə heyəti müşayiət edir.

Ötən gün İranın xarici işlər naziri Çinin cənubundakı Yunnan əyalətinə qarşılanıb.

Məlumata görə Məhəmməd Cavad Zərif çinli həmkarı Wang Yi ilə görüşərək ən mühüm regional və beynəlxalq mövzularını müzakirə etməlidir.

Qeyd edək ki, ABŞ ötən gün İranın daha 18 bankına sanksiya tətbiq edib. Ekspertlərin fikrinə görə bu sanksiyalar ABŞ daxilində seçkiqabağı təbliğat məqsədi daşımaqla yanaşı İranın beynəlxalq ticarət mübadilələrindən daha da təcrid edilməsinə səbəb ola bilər.


Story Code: 891218

News Link :
https://www.islamtimes.org/az/news/891218/iran-və-çin-abş-sanksiyalarının-şiddətlənməsi-fonunda-strateji-danışıqlara-başlayıblar

Islam Times
  https://www.islamtimes.org