0
Saturday 10 October 2020 - 10:13

İran və Çin ABŞ sanksiyalarının şiddətlənməsi fonunda strateji danışıqlara başlayıblar

Story Code : 891218
İran və Çin ABŞ sanksiyalarının şiddətlənməsi fonunda strateji danışıqlara başlayıblar
SalamNews İran mətbuatına istinadla xəbər verir ki, Məhəmməd Cavad Zərif ötən gündən başlayaraq Çin səfərinə start verib.

Məhəmməd Cavad Zərifi bu səfərdə böyük nümayəndə heyəti müşayiət edir.

Ötən gün İranın xarici işlər naziri Çinin cənubundakı Yunnan əyalətinə qarşılanıb.

Məlumata görə Məhəmməd Cavad Zərif çinli həmkarı Wang Yi ilə görüşərək ən mühüm regional və beynəlxalq mövzularını müzakirə etməlidir.

Qeyd edək ki, ABŞ ötən gün İranın daha 18 bankına sanksiya tətbiq edib. Ekspertlərin fikrinə görə bu sanksiyalar ABŞ daxilində seçkiqabağı təbliğat məqsədi daşımaqla yanaşı İranın beynəlxalq ticarət mübadilələrindən daha da təcrid edilməsinə səbəb ola bilər.