QR CodeQR Code

Pakistan Azərbaycan və Ermənistan arasında sülhü müsbət qarşıladı

11 Oct 2020 01:45

İslamTimes: Pakistan XİN Azərbaycan və Ermənistan arasında humanitar atəşkəsin razılaşdırılmasına münasibət bildirib


"Azərbaycanla Ermənistan arasında elan edilmiş atəşkəs sülh və sabitlik üçün müsbət  inkişafdır. Ümid edirik ki, tərəflərin razılaşdırdığı humanitar şərtlərə əməl olunacaq”.

APA-nın xəbərinə görə, bu barədə Pakistan XİN mətbuat xidməti məlumat yayıb.

“Pakistan iki ölkə arasında davamlı sülhün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olduğuna inanır. Bu məsələdə Pakistan qardaş Azərbaycan xalqının yanında olmağa davam edəcək", - Pakistan XİN bildirib.


Story Code: 891386

News Link :
https://www.islamtimes.org/az/news/891386/pakistan-azərbaycan-və-ermənistan-arasında-sülhü-müsbət-qarşıladı

Islam Times
  https://www.islamtimes.org