QR CodeQR Code

ABŞ mətbuatı Rusiyanın “Su-57” qırıcısının silah təchizatını yüksək qiymətləndirib

11 Oct 2020 09:01

İslamTimes: “Rusiyanın beşinci nəsil “Su-57” qırıcısı müasir ultra-modern silahlarla təchiz edilib”.


APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Military Watch” nəşrinin dərc etdiyi məlumatda bildirilib.

Qeyd edilib ki, radarlardan və lazerdən qorunma sistemlərinə sahib olan qırıcıya əlavə olaraq, ən müasir hava-hava raketləri – “K-77” və “R-37M” raketləri quraşdırılıb ki, bu da təyyarənin düşmən hava qüvvələrinin elit bölmələrinə tab gətirə bilməsini şərtləndirir.

Xüsusi idarəetmə sisteminə malik  “K-77” raketi 195 kilometr məsafədə və uzun məsafələrdə hərəkətdə olan yüksək manevrli döyüş obyektlərinin hədəfdən yayınmasını çətinləşdirir.

Hipersəsli sürətə hesablanmış “R-37M” raketi isə 400 kilometr məsafədəki hədəfi vurmaq qabiliyyətinə malikdir.


Story Code: 891422

News Link :
https://www.islamtimes.org/az/news/891422/abş-mətbuatı-rusiyanın-su-57-qırıcısının-silah-təchizatını-yüksək-qiymətləndirib

Islam Times
  https://www.islamtimes.org