QR CodeQR Code

Tramp Baydendən tarixi bir fərqlə 17 pillə geridədir

IslamTimes , 14 Oct 2020 22:23

İslamTimes: Amerikada prezident seçkilərinin keçirilməsinə 20 gündən də az bir müddət qalmış Demokratların seçkilərdəki namizədi Co Bayden rəqibi hazırkı prezident Donald Trampı 17 pillə geridə qoyub.


"Guardian" nəşriyyəsi və "Opinium Research" mərkəzinin son sorğusu Co Baydenin amerikalıların dəstəyini qazanmaqda yeni bir rekorda imza atdığını göstərir. Sorğuda iştirak edənlərin 57 faizi Co Baydenə, 40 faizi isə hazırkı prezidentə səs verəcəklərini bildirib.

Co Baydeni dəstəkləyənlərin sayı CNN kanalının oktyabrın əvvəlindəki sorğusundan da bir qədər çoxdur. Sorğuların nəticələri Donald Trampı qorxuya salıb.

Florida Universitetinin bildirdiyinə görə bu günədək 10 milyondan çox amerikalı artıq səs vermədə iştirak edib.

Vaşinqton Post qəzetinin keçirdiyi sorğuda da Bayden 55 faiz səs toplayıb. Bu 1936-cı ildən sonra namizədlər arasındakı görünüməmiş fərqdir!


Story Code: 892078

News Link :
https://www.islamtimes.org/az/news/892078/tramp-baydendən-tarixi-bir-fərqlə-17-pillə-geridədir

Islam Times
  https://www.islamtimes.org