QR CodeQR Code

Nyu-Yorka gələnlər üç günlük karantində qalacaq

1 Nov 2020 11:07

İslamTimes: ABŞ-ın digər ştatlarından Nyu-York ştatına gələnlərin üç gün ərzində küçəyə çıxması qadağan edilib.


“Report” xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo bildirib.

Onun sözlərinə görə, üç günlük karantindən sonra koronavirus testinin nəticəsi mənfi olanlar evdən çıxa biləcək.

Qeyd edək ki, ABŞ yeni növ koronavirus infeksiyasının yayılmasına və ölənlərin sayına görə dünyada birinci yerdədir..

Son məlumatlara görə, ölkədə 9,09 milyondan çox şəxsin COVID-19 testi müsbət olub, müalicə alan 230 194 nəfər isə həyatını itirib.


Story Code: 895314

News Link :
https://www.islamtimes.org/az/news/895314/nyu-yorka-gələnlər-üç-günlük-karantində-qalacaq

Islam Times
  https://www.islamtimes.org