QR CodeQR Code

Türkiyə hərbi qüvvələri Suriyadakı ən böyük bazasını boşaltdı

IslamTimes , 2 Nov 2020 17:45

İslamTimes: Türkiyə hərbi qüvvələri bu gün səhər saatlarında Suriyanın Həma məntəqəsinin şimalında yerləşən ən böyük hərbi bazalarını tərk edib.


Yerli mənbələrin bildirdiyinə görə bu gün səhər Həmanın şimalında Mork məntəqəsindəki Türkiyə hərbi qüvvələri onlarla lojistik təchizatlar və beton maneələr daşıyan yük maşınları və hərbi maşınları ilə ərazini tərk ediblər.

Bu məntəqə bir ildən çoxdur ki, Suriya ordusunun mühasirəsindədir.

Mənbələr bildirib ki, bazanın boşaldılması üçün iki gündür ki, fəaliyyətlər durmadan davam edirdi.

Suriya ordusuna yaxın mənbələr bildirib ki, ordu Şam-Hələb beynəlxalq marşrutu yaxınlığında yerləşən bu bazanın ətrafında Türk qüvvələri tərəfindən düzəldilmiş bütün səngərləri qaldıracaq.

Son iki ayda yüzlərlə suriyalının iştirakı ilə Türkiyə hərbi bazasının boşaldılması üçün çoxsaylı nümayişlər keçirilirdi.


Story Code: 895524

News Link :
https://www.islamtimes.org/az/news/895524/türkiyə-hərbi-qüvvələri-suriyadakı-ən-böyük-bazasını-boşaltdı

Islam Times
  https://www.islamtimes.org