0
Monday 2 November 2020 - 17:45

Türkiyə hərbi qüvvələri Suriyadakı ən böyük bazasını boşaltdı

Story Code : 895524
Türkiyə hərbi qüvvələri Suriyadakı ən böyük bazasını boşaltdı
Yerli mənbələrin bildirdiyinə görə bu gün səhər Həmanın şimalında Mork məntəqəsindəki Türkiyə hərbi qüvvələri onlarla lojistik təchizatlar və beton maneələr daşıyan yük maşınları və hərbi maşınları ilə ərazini tərk ediblər.

Bu məntəqə bir ildən çoxdur ki, Suriya ordusunun mühasirəsindədir.

Mənbələr bildirib ki, bazanın boşaldılması üçün iki gündür ki, fəaliyyətlər durmadan davam edirdi.

Suriya ordusuna yaxın mənbələr bildirib ki, ordu Şam-Hələb beynəlxalq marşrutu yaxınlığında yerləşən bu bazanın ətrafında Türk qüvvələri tərəfindən düzəldilmiş bütün səngərləri qaldıracaq.

Son iki ayda yüzlərlə suriyalının iştirakı ilə Türkiyə hərbi bazasının boşaldılması üçün çoxsaylı nümayişlər keçirilirdi.
Source : IslamTimes