QR CodeQR Code

Somalidə kütləvi aclıq nəticəsində son üç ayda 29 min uşaq ölüb

5 Aug 2011 17:04

IslamTimes - Somalidə davam edən kütləvi aclıq nəticəsində 90 gün ərzində 29 min uşaq həyatını itirib.


APA-nın məlumatına görə, Somalidə davam edən son 60 ilin ən böyük quraqlığı ölkənin cənubunda vəziyyəti daha da kəskinləşdirib. Somalinin cənubunda fəaliyyət göstərən “Sərhədsiz həkimlər” təşkilatının xəstəxanasından verilən məlumatlara görə, yardıma ehtiyacı olan insanlar 100 kilometrlərlə yolu piyada gələrək özlərini cənub bölgəsində yeganə olan bu xəstəxanaya çatdırmağa cəhd edirlər. Səfalət elə həddə çatıb ki, bu şəxslərin 1,5 ABŞ dollar nəqliyyatda gediş haqqı ödəmək imkanı da yoxdur. ABŞ-ın ölkədə apardığı araşdırma nəticəsində bəlli olub ki, hazırda Somalidə 1,3 milyon uşağın həyatı təhlükədədir. Ümumilikdə isə 7,5 milyon insanın isə təcili köməyə ehtiyacı var.


Story Code: 89605

News Link :
https://www.islamtimes.org/az/news/89605/somalidə-kütləvi-aclıq-nəticəsində-son-üç-ayda-29-min-uşaq-ölüb

Islam Times
  https://www.islamtimes.org