0
Friday 5 August 2011 - 17:04

Somalidə kütləvi aclıq nəticəsində son üç ayda 29 min uşaq ölüb

Story Code : 89605
Somalidə kütləvi aclıq nəticəsində son üç ayda 29 min uşaq ölüb
Somalidə kütləvi aclıq nəticəsində son üç ayda 29 min uşaq ölüb
APA-nın məlumatına görə, Somalidə davam edən son 60 ilin ən böyük quraqlığı ölkənin cənubunda vəziyyəti daha da kəskinləşdirib. Somalinin cənubunda fəaliyyət göstərən “Sərhədsiz həkimlər” təşkilatının xəstəxanasından verilən məlumatlara görə, yardıma ehtiyacı olan insanlar 100 kilometrlərlə yolu piyada gələrək özlərini cənub bölgəsində yeganə olan bu xəstəxanaya çatdırmağa cəhd edirlər. Səfalət elə həddə çatıb ki, bu şəxslərin 1,5 ABŞ dollar nəqliyyatda gediş haqqı ödəmək imkanı da yoxdur. ABŞ-ın ölkədə apardığı araşdırma nəticəsində bəlli olub ki, hazırda Somalidə 1,3 milyon uşağın həyatı təhlükədədir. Ümumilikdə isə 7,5 milyon insanın isə təcili köməyə ehtiyacı var.
Comment