QR CodeQR Code

Rus sülhməramlılarını daşıyan onuncu təyyarə Qarabağa uçdu

10 Nov 2020 11:50

İslamTimes: Rus sülhməramlılarını daşıyan onuncu təyyarə Qarabağa uçdu


Rus sülhməramlılarını daşıyan onuncu təyyarə Qarabağa uçub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, sülhməramlıları daşıyan İl-76 təyyarəsi Ulyanovskdan Dağlıq Qarabağa yola düşüb.

"Göyərtəsində Rusiya sülhməramlıları olan onuncu İl-76 hərbi nəqliyyat təyyarəsi Ulyanovsk-Vostochny aerodromundan havaya qalxdı. Təyyarədə sülhməramlı hissənin şəxsi heyəti, sursat və zirehli heyət daşıyıcıları var".

Qeyd edək ki, Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingenti 1960 hərbi qulluqçu, 90 zirehli heyət daşıyıcısı, 380 texnika sayında yerləşdirilib. Rusiya sülhməramlı qüvvələrinin komandanlığı Xankəndi şəhəri ərazisindəki sülhməramlı əməliyyatı idarə etmək üçün səfərbər ediləcək.


Story Code: 896942

News Link :
https://www.islamtimes.org/az/news/896942/rus-sülhməramlılarını-daşıyan-onuncu-təyyarə-qarabağa-uçdu

Islam Times
  https://www.islamtimes.org