QR CodeQR Code

ABŞ dövlət katibi İsrailin işğal etdiyi Colan Yüksəkliklərinə gedib

19 Nov 2020 14:59

İslamTimes: ABŞ-ın dövlət katibi Mayk Pompeo Qüdsə səfər etdikdən sonra Colan Yüksəkliklərinə yola düşüb.


SalamNews RT-ə istinadla xəbər verir ki, Mayk Pompeo İsrailin işğal etdiyi Suriyanın Colan Yüksəkliklərinə gedib.

O bu səfərdən öncə Qüdsdə çıxış edərkən bildirib ki, Donald Trampın Colan Yüksəkliklərini İsrailin ərazisi və Qüdsü İsrailin paytaxtı kimi tanıması reallığın qəbul edilməsidir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 497-ci qətnaməsinə əsasən Colan Yüksəklikləri Suriyanın ərazisi hesab edilir. İsrail bu bölgəni 1967-ci ildə işğal edib.


Story Code: 898775

News Link :
https://www.islamtimes.org/az/news/898775/abş-dövlət-katibi-israilin-işğal-etdiyi-colan-yüksəkliklərinə-gedib

Islam Times
  https://www.islamtimes.org