QR CodeQR Code

BMT İranda nüvə aliminin öldürülməsinə münasibət bildirib

28 Nov 2020 09:02

İslamTimes: “İranlı nüvə aliminin bu gün Tehran yaxınlığında öldürüldüyünə dair xəbərlər aldıq. BMT bölgədəki vəziyyətin gərginləşməsinə səbəb ola biləcək addımların qarşısını almaq üçün təmkinli olmağa çağırır”.


APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak nüvə fiziki M.Fəxrizadənin terroru ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Qeyd edək ki, bundan əvvəl İranın Müdafiə Nazirliyi terror edilən alimin nazirliyin Tədqiqat və innovasiya təşkilatının rəhbəri olduğunu təsdiqləmişdi.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.


Story Code: 900403

News Link :
https://www.islamtimes.org/az/news/900403/bmt-iranda-nüvə-aliminin-öldürülməsinə-münasibət-bildirib

Islam Times
  https://www.islamtimes.org