QR CodeQR Code

“YouTube” də Trampdan ümidini üzdü

10 Dec 2020 00:53

İslamTimes: “YouTube” özündə 3 noyabr ABŞ-da keçirilən prezident seçkilərində bülletenlərin sayılmasında saxtakarlıq və səhvlərə dair iddiaları ehtiva edən videoları silməyə başlayır.


“Report” xəbər verir ki, bu barədə rəsmi “YouTube” blogunda yerləşdirilən məlumatda deyilir.

“Məsələn, prezidentliyə namizədin kompyuter proqramlarında və ya bülletenlərin sayılmasındakı səhvlərə görə seçkilərdə qalib gəldiyini iddia edən videoları siləcəyik. Bu gündən bu siyasəti həyata keçirməyə başlayırıq və yaxın həftələrdə müvafiq tədbirləri daha da gücləndirəcəyik”-deyə, məlumatda qeyd olunub.

CNN qeyd edib ki, bu qərar ilk növbədə prezident seçkilərində Co Baydenin qalib gəlməsini şübhə altına alan televiziya kanallarına və şəxslərə yönələcək.
 


Story Code: 902749

News Link :
https://www.islamtimes.org/az/news/902749/youtube-də-trampdan-ümidini-üzdü

Islam Times
  https://www.islamtimes.org