1
Thursday 10 December 2020 - 00:53

“YouTube” də Trampdan ümidini üzdü

Story Code : 902749
“YouTube” də Trampdan ümidini üzdü
“Report” xəbər verir ki, bu barədə rəsmi “YouTube” blogunda yerləşdirilən məlumatda deyilir.

“Məsələn, prezidentliyə namizədin kompyuter proqramlarında və ya bülletenlərin sayılmasındakı səhvlərə görə seçkilərdə qalib gəldiyini iddia edən videoları siləcəyik. Bu gündən bu siyasəti həyata keçirməyə başlayırıq və yaxın həftələrdə müvafiq tədbirləri daha da gücləndirəcəyik”-deyə, məlumatda qeyd olunub.

CNN qeyd edib ki, bu qərar ilk növbədə prezident seçkilərində Co Baydenin qalib gəlməsini şübhə altına alan televiziya kanallarına və şəxslərə yönələcək.