QR CodeQR Code

Moskva: ABŞ-da kimin prezident olacağının bizim üçün əhəmiyyəti yoxdur!

IslamTimes , 14 Dec 2020 15:25

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Co Baydenin gəlişi Moskva ilə Vaşinqton arasındakı münasibətlərdə dəyişiklik yaranmasına səbəb olmayacaq.


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova Co Baydenin ABŞ prezidenti seçilməsi ilə Moskva ilə Vaşinqton arasındakı münasibətlərin dəyişməyəcəyini söyləyib.

Zaxarova deyib: "Təəssüf ki, Ağ Ev rəsmilərinin dəyişməsindən sonra belə ikitərəfli münasibətləri yaxşılaşdıracaq heç bir müsbət addım gözlənilmir. ABŞ-ın Rusiyaya qarşı xarici siyasəti dəyişməz olaraq qalacaq. Bu vəziyyətin yeni administrasiyada dəyişməyəcəyinin səbəbi isə yeni dövlətin daxili siyasətə daha çox diqqət ayıracağıdır."

Rusiyalı diplomat daha sonra deyib: "ABŞ-da kimin prezident olduğu Rusiya üçün mühüm deyil və vacib olan ikitərəfli əməkdaşlıqdır. Bizim öz prezidentimiz var. Bizim üçün vacib olan Rusiya-Amerika münasibətləri, dünya məsələlərində ikitərəfli əməkdaşlıqdır."


Story Code: 903661

News Link :
https://www.islamtimes.org/az/news/903661/moskva-abş-da-kimin-prezident-olacağının-bizim-üçün-əhəmiyyəti-yoxdur

Islam Times
  https://www.islamtimes.org