QR CodeQR Code

Qrossi: İran dünyada təhlükəsizlik və sabitlik tərəfdarıdır

IslamTimes , 16 Dec 2020 21:10

İslamTimes: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru ABŞ-ın İranla sazişdən çıxmasını tənqid edərək, İranın dünyada təhlükəsizlik və sabitlik tərəfdarı olduğunu söyləyib


Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi çərşənbə günü verdiyi bir müsahibədə ABŞ-ın iki öncə HBFP razılaşmasından çıxmasını tənqid edib. Qrossi İranın dünyada təhlükəsizlik və sabitlik tərəfdarı olan bir ölkə olduğunu da bildirib.

CBS News-a verdiyi müsahibədə Qrossi deyib: “İran nüvə fəaliyyətini davam etdirir. Bildiyiniz kimi bu fəaliyyət 2015-ci ildə 5+1 ölkələri ilə imzalanan bir razılaşma çərçivəsində həyata keçir. Yəqin xatırlayırsınız ki, ABŞ iki il öncə, 2018-ci ildə HBFP müqaviləsindən bir tərəfli şəkildə çıxdı. Buna cavab olaraq İran da razılaşmada qeyd olunan öhdəlikləri yerinə yetirməkdən tədricən geri çəkilməyə qərar verdi."

Qrossi ABŞ-da yeni hakimiyyətin razılaşma ilə bağlı problemləri yoluna qoyacağına ümid etdiyini bildirib.


Story Code: 904185

News Link :
https://www.islamtimes.org/az/news/904185/qrossi-iran-dünyada-təhlükəsizlik-və-sabitlik-tərəfdarıdır

Islam Times
  https://www.islamtimes.org