QR CodeQR Code

Kimlər Şeyx Zəkzakini terror etməyə çalışır?

IslamTimes , 16 Dec 2020 21:56

İslamTimes: "Səudiyyə Ərəbistanı Şeyx Zəkzakinin öldürülməsi üçün milyonlarla dollar pul xərcləyib."


Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin vəkili İshaq Adam İshaq "İslamTimes"-a verdiyi müsahibə zamanı deyib: "Səudiyyə Ərəbistanı Şeyx Zəkzakinin öldürülməsi üçün milyonlarla dollar pul xərcləyib."

Adam İshaq əlavə edib: "Nigeriya prezidenti cənab Bohari ABŞ, Sionistlər və Səudiyyə Ərəbistanı tərəfindən Şeyx Zəkzakini qətlə yetirmək üçün vəzifələndirilib."

Adam İshaq: "Şeyx Zəkzakinin səhhəti çox ağırdır və kimsə onun haqqında düzgün məlumat əldə edə bilmir. Çünki o 2015-ci ildən bəri həbsdədir."

Şeyx Zəkzaki 2015-ci ildə imam Hüseyn əzadarlarını evində qəbul edən zaman Nigeriya təhlükəsizlik qüvvələrinin amansız hücumuna məruz qalıb və naməlum istiqamətdə aparılıb.

Nigeriya məhkəmə orqanlarının Şeyx Zəkzakinin sərbəst buraxılmasına dair tələblərinə baxmayaraq, Nigeriya hökuməti bu günə qədər Şeyx Zəkzəki və onun həyat yoldaşının sərbəst buraxılmasına razılıq verməyib.


Story Code: 904203

News Link :
https://www.islamtimes.org/az/news/904203/kimlər-şeyx-zəkzakini-terror-etməyə-çalışır

Islam Times
  https://www.islamtimes.org