0
Wednesday 16 December 2020 - 21:56

Kimlər Şeyx Zəkzakini terror etməyə çalışır?

Story Code : 904203
Kimlər Şeyx Zəkzakini terror etməyə çalışır?
Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin vəkili İshaq Adam İshaq "İslamTimes"-a verdiyi müsahibə zamanı deyib: "Səudiyyə Ərəbistanı Şeyx Zəkzakinin öldürülməsi üçün milyonlarla dollar pul xərcləyib."

Adam İshaq əlavə edib: "Nigeriya prezidenti cənab Bohari ABŞ, Sionistlər və Səudiyyə Ərəbistanı tərəfindən Şeyx Zəkzakini qətlə yetirmək üçün vəzifələndirilib."

Adam İshaq: "Şeyx Zəkzakinin səhhəti çox ağırdır və kimsə onun haqqında düzgün məlumat əldə edə bilmir. Çünki o 2015-ci ildən bəri həbsdədir."

Şeyx Zəkzaki 2015-ci ildə imam Hüseyn əzadarlarını evində qəbul edən zaman Nigeriya təhlükəsizlik qüvvələrinin amansız hücumuna məruz qalıb və naməlum istiqamətdə aparılıb.

Nigeriya məhkəmə orqanlarının Şeyx Zəkzakinin sərbəst buraxılmasına dair tələblərinə baxmayaraq, Nigeriya hökuməti bu günə qədər Şeyx Zəkzəki və onun həyat yoldaşının sərbəst buraxılmasına razılıq verməyib.
Source : IslamTimes