QR CodeQR Code

ABŞ "Şimal axını-2" layihəsinə qarşı sanksiyaların tətbiqini davam etdirəcək

17 Dec 2020 11:36

İslamTimes: ABŞ "Şimal axını-2" qaz kəməri layihəsinə qarşı sanksiyaların tətbiqini davam etdirəcək. Rəsmi Vaşinqton bununla layihənin həyata keçirilməsinin qarşısını alacağına ümid edir.


"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin köməkçisinin müavini Kristofer Robinson deyib.

"Biz sanksiya tətbiq etmək istəmirik, lakin layihəni dayandırmaq üçün bu vasitələrdən istifadə edəcəyik", - deyə K. Robinson qeyd edib.

Onun sözlərinə görə, sanksiyalar öz təsirini göstərir və ABŞ bu layihənin həyata keçirilməsini dayandıracaq.

Xatırladaq ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.


Story Code: 904299

News Link :
https://www.islamtimes.org/az/news/904299/abş-şimal-axını-2-layihəsinə-qarşı-sanksiyaların-tətbiqini-davam-etdirəcək

Islam Times
  https://www.islamtimes.org